Dövlət Dəniz və Liman Agentliyində dənizçilərin hazırlanması və sertifikatlaşması, bilik və bacarıqlarının qiymətləndirilməsi, o cümlədən təlim-tədris fəaliyyətinin tənzimlənməsi üzrə son dövrlərdə həyata keçirilən islahatlar barədə dənizçilərin maarifləndirilməsi, onların sual və təkliflərinin yerində dinlənilərək operativ şəkildə cavablandırılması məqsədilə dekabrın 19-u saat 10:00-da Agentliyin inzibati binasında "Açıq qapı” günü keçiriləcək.
"Açıq qapı” günündə iştirak etmək istəyən dənizçilər müvafiq məlumatları (ad, soyad və əlaqə nömrəsi)
[email protected] e-poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, Agentlik tərəfindən xidmətlərin göstərilməsində vətəndaş məmnunluğunun təmin olunması məqsədilə "Açıq qapı” günləri mütəmadi olaraq təşkil olunur.
Bu barədə Agentliyin rəsmi veb-saytında və sosial şəbəkə hesablarında məlumat verilir.
Şərhlər