Xəbər lenti

Dövlət Dəniz və Liman Agentliyində imtahanlar mərkəzləşdirilmiş qaydada həyata keçirilir (VİDEO)
Video 11:14 18.08.2025

Dövlət Dəniz və Liman Agentliyində imtahanlar mərkəzləşdirilmiş qaydada həyata keçirilir (VİDEO)

İmtahanların mərkəzləşdirilmiş qaydada Dövlət Dəniz və Liman Agentliyində keçirilməsi dənizçilərin bilik və bacarıqlarının şəffaf, obyektiv və beynəlxalq tələblərə uyğun şəkildə qiymətləndirilməsini təmin edir.

Bu barədə Qaynarinfo-ya Dövlət Dəniz və Liman Agentliyindən məlumat verilib.

Bildirilib ki, yeni sistem imtahan prosesini tam rəqəmsal və obyektiv şəkildə təşkil edir:

"Sualların əvvəlcədən əlçatan olması, texniki baxımdan təchiz edilmiş müasir imtahan zalı və keyfiyyətə nəzarət mexanizmləri bu sahədə həm şəffaflığı artırır, həm də daha hazırlıqlı dənizçilərin yetişməsinə şərait yaradır. Atılan bu addımlar dənizçilərin əmək bazarına daha tez və daha güclü şəkildə daxil olmalarına imkan verir".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->