Xəbər lenti

Dövlət Dəniz və Liman Agentliyində Konstitusiya Gününə həsr olunmuş tədbir keçirildi (FOTO)
Foto 18:52 12.11.2025

Dövlət Dəniz və Liman Agentliyində Konstitusiya Gününə həsr olunmuş tədbir keçirildi (FOTO)

Dövlət Dəniz və Liman Agentliyində 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə tədbir keçirilib.

Tədbirin əvvəlində Agentliyin İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Əfqan Cəlilov iştirakçıları əlamətdar gün münasibətilə təbrik edib. O, Azərbaycan Respublikasının Konstitusiyasının dövlət quruculuğu prosesində, vətəndaş hüquq və azadlıqlarının təminində, habelə ölkənin siyasi, iqtisadi və sosial inkişafında oynadığı mühüm roldan bəhs edib. 

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapan dövlətçilik, suverenlik və vətəndaş hüquqları prinsiplərinin müasir dövrdə həyata keçirilməsi, eləcə də bu prinsiplərin rəqəmsallaşma, nəqliyyat və texnoloji yeniliklər sahələrində təzahürünə dair təqdimat keçirilib. Təqdimatda Konstitusiyanın müddəalarının ölkənin iqtisadi inkişaf strategiyasına və rəqəmsal transformasiya proseslərinə təsiri barədə məlumatlar diqqətə çatdırılıb.

Həmçinin tədbirdə iştirakçılara Azərbaycan dövlətçiliyinin əsaslarını möhkəmləndirən hüquqi islahatlar, sosial rifahın artırılmasına yönəlmiş proqramlar və innovativ idarəetmə modelləri barədə məlumat verilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->