Xəbər lenti

Dövlət qurumlarına gül-çiçək Arzu İsmayılova kimdir?
Ekonomiks 18:10 12.06.2025

Dövlət qurumlarına gül-çiçək Arzu İsmayılova kimdir?

Mingəçevir Şəhər Yaşıllaşdırma və və Sanitar-Təmizlik İdarəsi fərdi sahibkar Arzu Bəhlul qızı İsmayılova ilə satınalma müqaviləsi bağlayacaq. 

Qaynarinfo-nun məlumatına görə, qurum Arzu İsmayılovadan ağac tingləri, bəzək kolları və gül-çiçək alacaq. Bunu müqabilində sahibkara 184 227,5 manat ödəniləcək. 

Arzu İsmayılova ötən il də Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsinin ağac tingləri, bəzək kolları və gül-çiçəklərin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri isə 146 084 manatdır. 

Sahibkar 2020-ci ildə Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bakı şəhərində yaşıllıq sahələri üçün tələb olunan əkin materiallarının, toxumların, gübrə və dərman preparatlarının satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri isə 929 627,6 manat olub.

Arzu İsmayılova haqqında açıq mənbələrdə heç bir məlumatara rast gəlinmir. 

2024-cü ildə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə Arzu İsmayılovaya 7 hal üzrə ümumilikdə 280 manat maliyyə sanksiyası tətbiq edilib.

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->