Dünya 15:43 02.10.2022

Doqquz ölkənin liderindən Ukrayna ilə bağlı NATO-ya çağırış

Doqquz Avropa ölkəsinin prezidenti oktyabrın 2-də NATO üzvlərini Ukraynaya hərbi yardımı "əsaslı şəkildə artırmağa” çağırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna liderlərin müvafiq bəyanatına istinadən məlumat yayıb.

"Biz 2008-ci ildə Buxarestdə keçirilən NATO sammitinin Ukraynanın gələcək üzvlüyü ilə bağlı qərarını qətiyyətlə dəstəkləyirik. Biz Ukraynanı Rusiyanın işğalına qarşı müdafiəsində dəstəkləyirik, Rusiyanın bütün işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edirik və bütün müttəfiqləri Ukraynaya hərbi yardımını əhəmiyyətli dərəcədə artırılmasına çağırırıq”, - bəyanatda deyilir.

Prezidentlərin sözlərinə görə, onlar Rusiyanın Ukrayna ərazisini ilhaq etmək cəhdlərini tanımırlar və heç vaxt tanımayacaqlar.

"Biz Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha təsdiqləyirik. Biz Rusiyanın heç bir Ukrayna ərazisini ilhaq etmək cəhdlərini tanımırıq və heç vaxt tanımayacağıq", - bəyanatda deyilir.

Bəyanatı imzalayıblar:

Polşa prezidenti Andjey Duda;
Çexiya prezidenti Miloş Zeman;
Estoniya prezidenti Alar Karis;
Latviya prezidenti Egils Levits;
Litva prezidenti Gitanas Nauseda;
Şimali Makedoniya prezidenti Stevo Pendarovski;
Monteneqro prezidenti Milo Cukanoviç;
Rumıniya prezidenti Klaus İohannis;
Slovakiya prezidenti Zuzana Çaputova

Nizami Bağırov