Ölkə 20:27 28.03.2024

Dostunun ad günündə dava saldı, həbs olundu

Xətai rayonu, general Şıxlinski küçəsində yerləşən "Səhnə" restoranında keçirilən ad günü mərasimində dava düşüb. 

Qaynarinfo-nun məlumatına görə, dava müsiqi sifariş vermək üstündə baş verib. 

Hadisəyə görə 1990-cı ildə Bakı şəhərində anadan Cəfər Cəfərov (ad-soyad şərti) saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib, iş məhkəməyə göndərilib. 

Təqsirləndirilən şəxs deyib ki, 27 mart 2024-cü ildə "Səhnə" restoranında dostunun ad günündə yeyib-içiblər. Daha sonra rəqs etmək üçün musiqi sifariş ediblər. Rəqs etdikləri zaman orada olan digər müştəri başqa musiqi sifariş edib. Bu səbəbdən mübaisə yaranıb və davaya çevrilib. 

Məhkəmə təqsirləndirilən şəxs barəsində 7 gün müddətinə həbs qərarı verib.

Əhməd