İdman 18:07 27.04.2022

Droqba prezident seçkilərindən kənarda qaldı

Afrika futbolunun əfsanələrindən olan Didye Droqba Fil Dişi Sahili Futbol Federasiysına prezident seçkilərindən kənarda qalıb.

Qaynarinfo xəbər verir ki, o, səsvermənin ilk turunda məğlub olub. Droqbanın rəqibləri Yasin Diallo və Sory Diabate daha çox səs toplayaraq seçim mərhələsinin ikinci turuna keçiblər.

İlk turda ümumilikdə 130 nəfərdən cəmi 21-i Droqbaya səs verib. Bu da ona növbəti mərhələyə keçməsi üçün kifayət etməyib.

Digər namizədlərdən Diallo 59, Diabate isə 50 səs toplayıb.

Səbuhi Həsənov