Ekonomiks 21:39 31.01.2024

DSMF bağlı sığrota qalmaqalı - Qurum məhkəməyə verildi

Dövlət Sosial Müdafiəsi Fondu (DSMF) "İcbari sığortalar haqqında” Qanunun pozmaqda ittiham edilir. 

Qaynarinfo xəbər verir ki, quruma barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə inzibati protokol tərtib edilib. 

Bu maddə "İcbari sığortalar haqqında” Qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması ilə əlaqədardır. 

Maddədə qeyd edilən inzibati xətaya görə cəza növü kimi fiziki şəxslərin 50 manat, vəzifəli şəxslərin 100 manat, hüquqi şəxslərin isə 300 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. 

İşə Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə baxılacaq. 

DSMF Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Qurumun İdarə Heyətinin sədri Himalay Məmişovdur. O, 2019-cu ildən bu vəzifədədir. 

Seyid