Ölkə 23:39 12.05.2022

DTX-dan Prezidentin çağırışına çevik reaksiya: 50 qazi Alanyaya yola salındı (FOTO)

Bu gün 50-yə yaxın Vətən müharibəsi əlili "Çiyin-çiyinə bir yumruq kimi" layihəsində iştirak etmək məqsədilə Türkiyənin Alanya şəhərinə yola düşüblər. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, bir həftə davam edəcək səfərdə qazilərimiz bir sıra tədbirlərdə iştirak edəcək, "Alanyaspor” futbol klubunun prezidenti ilə görüşəcək, "Alanyaspor” – "Qaziantepspor” matçında iştirak edəcək və şəhərin tarixi-mədəni yerləri ilə tanış olacaqlar.

Xatırladaq ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı məmurlara şəhid ailələrinə və müharibə veteranlarına hərtərəfli yardım göstərməsinin onların borcu olduğunu xatırladıb. Dövlət başçısının çağırışına dərhal reaksiya verən xüsusi xidmət oqranları bu layihənin həyata keçirilməsinə böyük köməklik göstəriblər.

"Çiyin-çiyinə bir yumruq kimi!” layihəsi həm də AZAL-ın dəstəyi ilə YAŞAT Fondu ilə Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının əməkdaşlığının nəticəsidir.