Dünya 13:57 28.06.2022

Dünya liderləri Kremlə xəbərdarlıq etdi: Putin cinayət məsuliyyətinə cəlb ediləcək

"Böyük 7-lər”in liderləri Rusiyanın Ukrayna ticarət mərkəzinə ölümcül raket hücumunu "iyrənc” müharibə cinayəti adlandırıblar.
 
Bu barədə Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir.
 
"Böyük 7-lər”in  liderləri Rusiya prezidenti Vladimir Putinin və hücuma görə məsuliyyət daşıyanların cavab verəcəyinə söz veriblər. 

Xatırladaq ki, Kremençuk şəhərinə edilən hücum zamanı azı 18 nəfər ölüb, 59 nəfər yaralanıb. "İnsanlar sadəcə olaraq diri-diri yandılar",- Ukraynanın daxili işlər naziri Denis Monastırski deyib. 

Böyük Britaniyanın baş naziri Boris Conson Kremençuk hücumunun Putinin "qəddarlığının və barbarlığının dərinliyini" nümayiş etdirdiyini deyib.

ABŞ dövlət katibi Entoni Blinken tvitterdə dünyanın bu hücumdan "dəhşət içində olduğunu” yazıb. 

BMT-nin baş katibi Antonio Quterreşin ofisi isə hücumu "tamamilə acınacaqlı” adlandırıb.

"Rusiyanın Kremençukdakı ticarət mərkəzini bombalaması iyrənclikdir”,- Fransa prezidenti Emanuel Makron belə deyib. 

"Rusiyanın hədə-qorxu taktikası heç vaxt işləməyəcək. Ukrayna "Böyük 7-lər” və digər tərəfdaşlarının dəstəyi ilə qalib gələcək”,- ticarət mərkəzinə hücumu dəhşət adladıran Avropa Komissiyasının sədri Şarl Mişel deyib. 

ABŞ-ın BMT-dəki səfiri Rusiya hücumunu "tamamilə iyrənc” adlandırıb və bildirib ki, qurumun Təhlükəsizlik Şurası "Rusiyanın mülki insanlara qarşı vəhşiliklərini müzakirə etmək” üçün toplanacaq.

Nurlan Hüseynov