Dünya 17:00 15.01.2024

Dünyanın ən varlı insanları 3 ildə sərvətini 2 dəfə artırıb - İlk trilyonçu peyda ola bilər

2020-ci ildən bəri ən varlı beş şəxsin sərvəti 114% artıb və 405 milyard dollardan 869 milyard dollara çatıb. Eyni zamanda, bu dövrdə 5 milyard insan yoxsullaşıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Oxfam" beynəlxalq təşkilatı İsveçrənin Davos şəhərində dərc olunmuş hesabatında qeyd edib.

Xüsusilə, söhbət "Tesla"nın sahibi İlon Maskın, LVMH dəbdəbəli mallar firmasının sahibi Bernard Arnaultun, "Amazon"un qurucusu Ceff Bezosun, "Oracle"dan Larri Ellisonun və "Berkshire Hathaway" investisiya qurundan Uorren Baffetin sərvətinin demək olar ki, ikiqat artmasından gedir.

Qeyd olunur ki, bu tendensiyalara əsasən, dünya 10 il ərzində tarixdə ilk trilyonçu əldə edə bilər, lakin yoxsulluğu aradan qaldırmaq üçün daha 229 il lazım olacaq.

148 ən böyük korporasiya 2018-2021-ci illərin orta göstəricisindən 52% çox olmaqla 1,8 trilyon dollar mənfəət əldə edib. Onların artıq mənfəəti təxminən 700 milyard dollara yüksəlib.

Dünyanın 10 ən böyük korporasiyasından 7-nin baş direktoru və ya əsas səhmdarı olaraq milyarder var. Bu korporasiyaların dəyəri 10,2 trilyon dollar təşkil edir ki, bu da Afrika və Latın Amerikasının bütün ölkələrinin ümumi ÜDM-inə bərabərdir.

Ənənəvi olaraq bu fürsətdən varlılar və kasıblar arasındakı uçurumu vurğulamaq üçün istifadə olunur, lakin bu il pandemiyadan sonra fərqin artdığəı deyilir.

Dünyanın ən yoxsullarının 60%-ni təşkil edən 4,7 milyard insan 0,2% yoxsuldur, çünki bir çox ölkə koronavirus böhranı səbəbindən maliyyə dəstəyi verə bilmir.

Aydın