Dünya 21:15 22.06.2023

Dünyanın yaşamaq üçün ən yaxşı şəhərləri açıqlandı (SİYAHI)

Vyana dünyanın ən yaşana bilən şəhərləri siyahısında birinci yerdədir.

Qaynarinfo xəbər verir ki, "The Economist"in analiz bölümü olan "Economist Intelligence Unit" (EIU) tərəfindən 173 şəhərin məlumatlarına əsaslanaraq hazırlanan illik yaşama üçün ən yaxşı şəhərələr indeksində Avstriyanın paytaxtı Vyana 2023-cü ildə dünyanın ən yaşana bilən şəhəri ünvanını qoruyub.

Qaynarinfo xəbər verir ki, bu ilki yaşamaq üçün ən əlverişli 10 şəhərin reytinqində Vyana (Avstriya), Kopenhagen (Danimarka), Melburn (Avstraliya), Sidney (Avstraliya), Vankuver (Kanada), Sürix (İsveçrə), Kalqari (Kanada), Cenevrə (İsveçrə), Toronto (Kanada) və Osaka (Yaponiya) yer alıb.

Siyahıda yer alan ölkələrin keçən il 73,2 faiz olan yaşayış qabiliyyəti bu il 76,2-yə yüksəlib ki, bu da bütün dünyada həyat səviyyəsinin yaxşılaşmasının əlaməti kimi şərh edilib.

Dünya miqyasında səhiyyə xidmətləri yaxşılaşsa da, müharibələrin təsirləri səbəbindən bir çox ölkədə sabitlik göstəriciləri azalıb. Siyahıdakı bütün şəhərlərdə yaşayış meyarları COVID-19 pandemiyasından əvvəlki səviyyələrə qayıdıb.

Qərbi Avropa şəhərlərinin reytinqlərində daxili gərginliklər və işçi tətilləri səbəbindən Asiya bazarında iqtisadi yarışdan geri qaldıqları üçün aşağı düşüb.

2022-ci il siyahısında yer almayan Ukraynanın paytaxtı Kiyev Rusiya-Ukrayna müharibəsinə görə bu il 165-ci yerdə - siyahının sonlarında qərarlaşıb. Müharibə səbəbindən 2022-ci ildə 96-cı yerə enən Moskva öz mövqeyini qoruyub.

Siyahının sonunda yaşayış qabiliyyətinin ən aşağı olduğu 10 şəhərdə pandemiya sonrası inkişaf müşahidə edilərkən, siyahının sonuncusu Suriyanın paytaxtı Dəməşqdə hər hansı bir inkişaf müşahidə edilməyib.

Reytinqlər şəhərlərin sabitliyi, səhiyyəsi, mədəniyyəti və ətraf mühiti, təhsili və infrastrukturu üzrə ballar əsasında hazırlanıb.

Yaşayış qabiliyyəti indeksi beynəlxalq şirkətlərin xaricdəki işçilərinə əməkhaqqı verərkən istinad edə biləcəyi məlumat bazası yaratmaq zərurətindən yaranıb.

Aydın