Dünya 08:29 09.10.2023

Əfqanıstanda zəlzələ qurbanlarının sayı 2500-ə çatır

Əfqanıstanın qərbində və qonşu əyalətlərdə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 2 445 nəfərə çatıb.

Qaynarinfo-nun məlumatına görə, bu barədə yerli hakimiyyət orqanlarına istinadən Heratdan "Sinxua” agentliyi məlumat yayıb.

Herat əyalətinin Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin direktoru Mavlavi Aşarinin sözlərinə görə, ən çox zərər çəkmiş ərazi Herat rayonunda 13 kənd tamamilə dağılıb.

Çinin Seysmoloji Mərkəzinin məlumatına görə, şənbə günü Əfqanıstanda 6,2 bal gücündə iki zəlzələ baş verib.