İdman 17:29 13.01.2023

Əfsanəvi basketbolçunun forması hərraca çıxarıldı

NBA-nın əfsanəvi basketbolçusu Kobe Brayantın 2007-2008-ci illər mövsümündə geyindiyi forma hərraca çıxarılacaq.

Qaynarinfo xəbər verir ki, formanın ən azı 5 milyon dollara alıcı tapacağı gözlənilir. Bu, basketbolçunun 2007-2008-ci il mövsümündə Ən Dəyərli Oyunçu Mükafatına (MVP) layiq görüldüyü zaman geyindiyi formadır.

Nyu-Yorkda yerləşən "Sotheby's" hərrac evi tərəfindən keçiriləcək hərracın onlayn olacağı və satışdan ən az 5 milyon dollar gəlir gözlənildiyi bildirilib. "Sotheby's"in icraçı direktoru Brahm Vaxter CNBC-yə açıqlamasında "Bu ikonik formaya sahib olmaq sadəcə xüsusi bir hadisə deyil, Kobe bütün dünyanı ilhamlandırdı. Kobe təkcə basketbolçular üçün deyil, bütün idmançılar üçün də ilham mənbəyi idi" - deyib.

Xəbərdə bildirilir ki, onlayn hərrac 2-9 fevral tarixləri arasında keçiriləcək.

Kobe Bryantın geyindiyi formalardan biri 2021-ci ildə 3,69 milyon dollara satılmışdı.

Səbuhi Həsənov