Ölkə 16:41 10.11.2023

Şəhid oğlu Dünya Robot Olimpiadasında tarix yazdı

Dünya Robot Olimpiadasında tarix yazan Azərbaycanın "Village Boys” komandasının 3 üzvündən biri Hacı Hacıyev Vətən Müharibəsində böyük qəhrəmanlıqlar göstərən şəhid polkovnik-leytenant Abakar Hacıyevin oğludur.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən Qaynarinfo-ya verilən məlumata görə, Hacı Hacıyev Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdidir. 

O, 01-03 sentyabr 2023-ci il tarixlərində Bakı şəhərində keçirilən VI Robot olimpiadasında "Future İnnavation” (Junior) kateqoriyası  üzrə I yerə layiq görülüb.

Noyabrın 7-dən 9-dək keçirilən Dünya Robot Olimpiadasında isə 2-ci yeri tutaraq gümüş medal qazanıb. 

Qeyd edək ki, bununla bağlı ilk məlumatı Azərbaycan Universitetləri səhifəsi yayıb.