Naxçıvanda şəhid qardaşı yeni vəzifəyə təyin edilib.
"Unikal"ın məlumatına görə, Elçin Vasif oğlu Balabəyli Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinə təyin olunub.
O bundan əvvəl Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin tədris və təlim işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Eyni zamanda direktor vəzifələrini müvəqqəti icra edib.
Qeyd edək ki, E.Balabəyli lokal antiterror tədbirləri zamanı şəhid olan kapitan Elcan Balabəylinin qardaşıdır. Şəhidimiz "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Vətən uğrunda”, "Hərbi xidmətlərə görə”, "Vətən müharibəsi iştirakçısı”, "İgidliyə görə” medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şərhlər