Ölkə 13:09 12.04.2023

Şəhid Vidadi Zalov dəfn olundu (YENİLƏNİB/FOTO)

Ötən gün Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Vidadi Nizami oğlu Zalov dəfn olunub.

APA xəbər verir ki, şəhidin nəşi Abşeron rayonunun Saray qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edib.

10.59
 
Ötən gün Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun açın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Vidadi Nizami oğlu Zalovla vida mərasimi keçirilir.

APA xəbər verir ki, şəhidin nəşi Abşeron rayonunun Saray qəsəbəsindəki evinə gətirilib.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edir.

Şəhid Saray qəsəbəsində dəfn olunacaq.