XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ
Siyasət20:16 17.08.2026

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkelyaviçyus ilə görüşdə regional hadisələri və tərəfdaşlığın möhkəmləndirilməsi perspektivlərini müzakirə edib.


Qaynarinfo xəbər verir ki, bu barədə litvalı diplomat “X” sosial şəbəkədə bildirib.


"Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla yaxşı görüşümüz keçdi. Regional hadisələr və Litva ilə Azərbaycan arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi yolları ətrafında səmimi və məzmunlu fikir mübadiləsi aparıldı", - səfir qeyd edib.


Diplomat, həmçinin görüşü "yay fasiləsindən sonra yeni mövsümün yaxşı başlanğıcı" adlandırıb.