Aparıcı Elgiz Əkbər məşhur müğənni İlqar Xəyalla uzun illərddir küsülü olduğunu açıqlayıb.
BAKU.WS xəbər verir ki, o bu barədə aparıcısı olduğu "Elgizlə izlə" verilişində deyib. Aparıcı 18 ildir İlqar Xəyalla bir dəfə üz-üzə gəldiklərini bildirib:
"18 il bundan əvvəl məndən asılı olmayan səbəbə görə İlqar Xəyalla bir insident yaşandı. Allah şahiddir ki, üzünü görməmişdim. Orada olacağından xəbərsiz idim. Ele oldu ki, İlqar bəy səhnəyə çıxmadı. Düz 18 ildir ki, buna görə biz danışmırıq. Məkanların birində üz-üzə gəldik, istədim ki, görüşüm. Her halda o məndən böyükdür, gərək yaxınlaşardım. Elə bilir ki, onun qəlbinə dəymişəm. Bu 18 il ərzində bir dəfə üz-üzə gəlmişik. Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər