Xəbər lenti

Elton Con yaxınlarına bədənindən hazırlanmış bəzəklər miras qoyacaq
Sənət 18:50 19.09.2025

Elton Con yaxınlarına bədənindən hazırlanmış bəzəklər miras qoyacaq

Müğənni Elton Con "Qızıla toxunuş” adlı sənədli filmdə ölümündən sonra yaxınlarına diz qapaqlarından hazırlanmış boyunbağı, qan nümunələri və külündən düzəldilmiş bəzəklər qoymaq niyyətində olduğunu açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RadarOnline” məlumat yayıb.

Con bildirib ki, o, sözügedən boyunbağını zərgər Teo Fennellin köməyi ilə hazırlayıb. Müğənni xatırladıb ki, cərrah onun diz qapaqlarını saxlamaq istəyini eşidəndə çox təəccüblənib. Bəzəyin üzərinə isə "Mən daha heç kimə baş əyməyəcəyəm” sözlərini həkk etdirib.

Nəşrə danışan mənbənin sözlərinə görə, Elton Con bununla kifayətlənməyəcəyini deyib: "Elton aydın şəkildə bildirib ki, diz qapaqları sadəcə başlanğıcdır. O, artıq oğullarına qan nümunələri buraxmaq və öz külündən də bəzəklər hazırlanmasını istəyib”.

Müğənninin ətrafı izah edib ki, Con bu cür yadigarları öz irsinin bir parçası hesab edir. Onun fikrincə, bu üsulla yaxınlarının qəlbində ölümündən sonra da qalacaq. Tanışlarının sözlərinə görə, 78 yaşlı britaniyalı ifaçı öz sonu barədə danışmaqdan çəkinmir və bu mövzuda qeyri-adi dərəcədə açıqdır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->