Xəbər lenti

Əməliyyat keçirilən qurumun rəisi kimdir?
Ölkə 15:25 30.04.2024

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirib.

Qaynarinfo xəbər verir ki, "Respublika Sanitariya-Karantin Mərkəzi" Publik Hüquqi Şəxsin rəisi Saleh Novruzidir. 

Saleh Novruzi 2020-ci ilin iyun ayında sabiq səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə sözügedən vəzifəyə təyinat alıb.

O, sonuncu vəzifəsindən əvvəl Respublika Sanitariya-Karantin Müfəttişliyinin (RSKM) Sanitariya-Gigiyena şöbəsinin müdiri vəzifəsində çalışıb.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->