Maqazin 16:37 31.08.2022

Emin Ağalarov Kəlbəcərdə konsert verdi (YENİLƏNİB/VİDEO)

Emin Ağalarov Kəlbəcərdə konsert verib.

Qaynarinfo xəbər verir ki, bu haqda sosial şəbəkələrdə görüntülər yayılıb. 
 
 09:39

Xalq artisti Emin Ağalarov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində konsert proqramı ilə çıxış edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə o, yerli KİV nümayəndələrinə açıqlamasında deyib.

Ağalarovun sözlərinə görə, o, Kəlbəcərdə yerləşən hərbi hissədə çıxış edəcək.

"Konsert əsgərlərimizin əhvali-ruhiyyəsini yüksəltmək məqsədilə keçiriləcək. Biz bunu çoxdan etmək istəyirdik. Əvvəl ora getmək təhlükəli idi və bizi buraxmırdılar. İndi belə bir imkanımız var. Bunu Vətəninə olan sevgisindən irəli gələrək təmənnasız edən çox sayda artistimiz var”, - o deyib.