Ölkə 17:51 27.03.2024

Emin Əmrullayevdən daha bir təyinat

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən Vurğun Rəhim oğlu Məmmədov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialına direktor təyin olunub.

Bu barədə Qaynarinfo-ya Universitetdən xəbər verilib.

Qeyd edək ki, yeni təyinata qədər Vurğun Məmmədov ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb. Eyni zamanda, tarix üzrə fəlsəfə doktoru, ADPU-nun Azərbaycan tarixi kafedrasının dosentidir.