Xəbər lenti

Ərdoğan:
Dünya 14:32 15.05.2024

Ərdoğan: "Çevriliş cəhdinin arxasında duran "kuklabazı" tanıyırıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişi hazırlamaqda ittiham olunan hüquq-mühafizə orqanları əməkdaşlarının istintaqını şərh edib. 

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, hakimiyyət iddia edilən sui-qəsdin arxasında kimin dayandığını yaxşı bilir.

Ərdoğan bu mövzunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fraksiyasının iclasında qaldırıb. "Biz "kuklabazı" və bu tamaşanın ssenarisini yazanı çox yaxşı tanıyırıq" deyən prezident heç bir təfərrüat açıqlamayıb. O, söz verib ki, qanundan kənara çıxan hər kəsdən hesab tələb olacaq.

Türkiyə mətbuatı yazıb ki, dünən, mayın 14-də dayandırılmış bir neçə polis məmurunun yaşadığı evlərdə axtarışlar aparılıb. Onlar Ayxan Bora Kaplan adlı cinayətkar qruplaşmada iştirakda ittiham olunurlar. Bunun fonunda Türkiyənin daxili işlər orqanlarında kütləvi ixtisarların baş verdiyi iddia edilir. 

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı bildirib ki, söhbət 2016-cı il hadisələrinə bənzər dövlət çevrilişinə cəhddən gedir. Həmin vaxt iyulun 15-dən 16-na keçən gecə bir qrup hərbçi tərəfindən dövlət çevrilişinə cəhd olub. Qarşıdurmalar zamanı 248 nəfər həlak olub, 2,7 mindən çox insan yaralanıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->