Ərdoğan: “Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir” (VİDEO)
"İki gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağda baş verən son hadisələr ətrafında geniş söhbət etmişik”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan bildirib ki, Qarabağ Azərbaycan suveren ərazisidir.
"Azərbaycan öz ərazilərində hansısa silahlı ünsürlərin olmasını qəbul etmir”.
Türkiyə Prezidenti xatırladıb ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan birgə bəyanatdan artıq üç ili tamam olur və Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər