Dünya 23:42 08.04.2023

Ərdoğan israilli həmkarı ilə telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail Prezidenti İshak Hersoq arasında telefon danışığı olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Anadolu” məlumat yayıb.

Ərdoğan İsrail Prezidenti ilə danışıqlarda Məscidül-Əqsaya edilən hücumların müsəlmanlarla bərabər bütün bəşəriyyətin vicdanına toxunduğunu bildirib.

Türkiyənin dövlət başçısı Qəzza və Livana sıçrayan gərginliyin artmasına imkan verilməməsi lazım olduğunu vurğulayıb.