Dünya 13:18 28.06.2022

Ərdoğan və Bayden telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Cozef Bayden arasında telefon danışığı olub.

Qaynarinfo xəbər verir ki, bunu Türkiyə lideri NATO-nun Madrid sammitinə yola düşməzdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib.

"ABŞ Prezidenti bu axşam və ya sabah görüşmək arzusunu bildirdi. Biz də "Ola bilər” dedik”, - R.T.Ərdoğan vurğulayıb.