Ölkə 10:52 29.05.2023

"Ərdoğanla Türkiyə bundan sonra da böyük zəfərlərə və uğurlara imza atacaq" - Emil Əkbərov

"Cənab Rəcəb Tayyib Ərdoğanın böyük səs çoxluğu ilə yenidən lider seçilməsi bütün azərbaycanlılar kimi məni də çox qürurlandırdı".

Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov deyib.

Emil Əkbərov qeyd edib ki, hər zaman olduğu kimi yenə də Azərbaycan qardaşının yanında olaraq sevincinə şərik oldu:

"Bilirsiniz ki, Rəcəb Tayyib Ərdoğanı möhtəşəm zəfər münasibətilə ilk təbrik edən lider cənab prezident İlham Əliyev oldu. Cənab prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı növbəti dəfə Türkiyənin prezidenti seçilməsi münasibətilə təbrik edərək onu ilk səfər olaraq Azərbaycana dəvət etdi. Axşamdan başlayaraq xalqımız bu möhtəşəm zəfəri qeyd edərək dar gündə də və xoş gündə də qardaş Türkiyənin yanında olduğunu bir daha göstərməkdədir. Əminəm ki, cənab Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsi Azərbaycan-Türkiyə münasibətlərini daha da inkişaf etdirəcək".

Emil Əkbərov vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğanın zəfəri tək Türkiyə xalqının deyil həm də bütün Türk dünyasının qələbəsidir:

"Rəcəb Tayyib Ərdoğan xalqını və dövlətini sevən lider kimi hər zaman ölkəsi üçün çalışan lider olub. İnanıram ki, Rəcəb Tayyib Ərdoğanla Türkiyə bundan sonra böyük zərərlərə və uğurlara imza atacaq".