Dünya 13:52 25.06.2022

Ərəblər öz NATO-sunu yaradır: Kimlər lehinə, kimlər əleyhinə?

İordaniya Kralı II Abdullah bölgədə sabitliyin təmin edilməsi məqsədi ilə Yaxın Şərqdə vahid ərəb cəbhəsi - NATO yaratmaq səylərini davam etdirəcəyini bəyan edib.

Qaynarinfo bu brədə "Alarabiya" agentliyinə istinadən xəbər verir.

Kral Abdullah Misirə səfərinin və Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın İordaniyaya səfərinin bölgədə təhlükəsizlik və sabitliyin yaradılmasında bir-birinə kömək etmək məqsədi daşıdığını bildirib.

Ərəb ölkələri arasında yaxınlaşmanın və belə bir hərbi birliyin yaradılmasını bütün region üçün bir fürsət olduğunu qeyd edən İordaniya kralı, Misir, Səudiyyə Ərabistanı, Əmman və BƏƏ-ni bu birliyə qatılacağına ümüd etdiyini bildirib.

Qeyd edək ki, Ərəb NATO-su ideyası bölgədəki şiə qrupları, xüsusən də İraq və Livanda mövcud olan silahlı qruplar tərəfindən müsbət qarşılanmayıb və İran, Suriya, Qətər kimi region ölkələri bu ərəb NATO-su və ya Orta şərq NATO-su hesab edilən hərbi ittifaqın yaradılmasından heç də məmnun qalmayıblar. 

M.Arif