Siyasət 21:02 08.10.2022

Erməni deputat: Ermənistanın Qarabağla artıq heç bir əlaqəsi yoxdur

"Ermənistanın artıq Qarabağla heç bir əlaqəsi yoxdur”.

Qaynarinfo oxu.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri, iqtidaryönlü "Vətəndaş sazişi” fraksiyasının deputatı Eduard Ağacanyan "Factor-TV”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 44 günlük müharibə ilə əlaqədar Ermənistanın artıq "Qarabağ xalqının hüquq və azadlıqlarını, o cümlədən təhlükəsizliyini” təmin etmək imkanı və resursları qalmayıb.

"Obyektiv reallıqlar, təəssüf ki, dəyişib”, - deyə o bildirib.