Ölkə 08:53 04.08.2022

Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər

Azərbaycan Ordusunun dünən Qarabağda keçirdiyi "Qisas" əməliyyatı nəticəsində yaralanan qanunsuz erməni silahlı dəstələrinin üzvlərinin sayı 19-a çatıb.

Qaynarinfo xəbər verir ki, bu barədə separatçı rejimin "səhiyyə naziri” Mikael Ayryan bildirib.

Onun sözlərinə görə, 4 yaralının vəziyyəti ağırdır: "Onlardan birinin vəziyyəti son dərəcə ağırdır, əməliyyat bu yaxınlarda başa çatıb. Digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir”.

Qeyd edək ki, bundan öncə erməni mənbələr 4 separatçının öldüyünü, 15-nin isə yaralandığını bildirmişdi.