Dünya 17:24 27.03.2024

Ermənistan “Crocus City Hall”da baş verən terror aktını pisləyən bəyanata qoşulmayıb

Ermənistan KTMT Parlament Assambleyasının "Crocus City Hall”da törədilən terror aktını pisləyən bəyanatına qoşulmayıb. 

Qaynarinfo xəbər verir ki, bunu müsahibədə Ermənistan parlamenti sədrinin mətbuat katibi Nelli Gülyan deyib.

"Ermənistan KTMT üzvlüyünü dondurub. KTMT Ermənistan tərəfinə təklif edib, biz isə bunu rədd etdik”, - deyə Gülyan izah edib.

Xatırladaq ki, KTMT-yə üzv ölkələrin parlament nümayəndə heyətləri birgə bəyanat yayaraq, "Crocus City Hall”da törədilən terror aktını pisləyiblər. 

Nizami Bağırov