Dünya 17:41 15.05.2023

Ermənistan KTMT-dən çıxa bilərmi? - TŞ katibi açıqladı

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq imkanının müzakirə olunduğunu bildirib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Novaya qazeta”ya müsahibəsində deyib.

O, jurnalistin sualını cavablandırarkən "Düzünü desəm, bəli, belə müzakirələr olub, bu, təbii reaksiyadır” deyib.

Qriqoryan bildirib ki, Rusiya nəinki sifariş olunan, həm də artıq İrəvan tərəfindən dəyəri ödənilmiş silahları tədarük etməyib. 

Bundan əlavə, Ermənistan KTMT-dən "keçən ilin sentyabrında Azərbaycanın Ermənistana qarşı hərəkətləri zamanı işləyəcəyini” gözləyirdi, lakin bu, baş vermədi. 
Jurnalistin Ermənistanın daim öz siyasi kursunu dəyişməsi ilə bağlı iradına Qriqoryan cavab verib ki, "son illər dünyada və xüsusən də bizim regionda təhlükəsizlik arxitekturası kəskin şəkildə dəyişib”.

"Müqavilə öhdəliklərinə əməl olunmur. Bütün təhlükəsizlik konsepsiyamız bunun üzərində qurulub, lakin hələlik yenisi yoxdur. Bu böhrandır", - o deyib.

Nizami Bağırov