Ölkə 10:33 08.05.2023

Ermənistan silahlı bölmələri Laçında ekskavatoru atəşə tutub

Mayın 8-i saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə ekskavatorumuzu atəşə tutub.

Bu barədə Qaynarinfo-ya Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.