Ekonomiks 19:16 04.04.2023

“Eurohome”un həbs edilən direktoru Ali Məhkəməyə müraciət etdi

2020-ci ilin may ayında "Eurohome” ticarət mərkəzində baş verən yanğına görə həbs edilən şirkətin direktoru Samir Məmmədov barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılacaq. 

Qaynarinfo-nun məlumatına görə, Ali Məhkəmədə bazarın direktoru Samir Məmmədov və təqsirlənirilən Amil Salmanov barəsində yekun məhkəmə aktı qəbul ediləcək. 

İşə hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, sözügedən hadisəyə görə "Eurohome” ticarət mərkəzində mağazası olan 125 sahibkar zərərçəkmiş kimi tanınıb.

Əhməd