Foto 17:28 22.09.2022

"Eurovision-2012"nin iştirakçısı yenidən Azərbaycanda: Şuşaya getdi (FOTOLAR)

2012-ci ildə Bakıda keçirilın "Eurovision" Mahnı Müsabiqəsinin iştirakçısı olan yunanıstanlı müğənni Eleftheria Eleftheriou uzun illər sonra Azərbaycana gəlib.

Qaynarinfo xəbər verir ki, sənətçi bu barədə "Instagram" hesabında məlumat verib.

Yunan müğənni əvvəlcə Bakıda, sonra Şuşada olub. O, ölkəmizdə çəkilən fotolarını "Instagram"da paylaşaraq "Salam, Bakı. Mən qayıtdım” yazıb.

Qeyd edək ki, Eleftheria Eleftheriou "Eurovision-2012"də 64 xalla 17-ci yeri tutub.