Dünya 14:50 16.10.2022

Evin həbsxanasında ölən və yaralananların sayı açıqlandı (VİDEO)

Ötən gecə İranın Tehran şəhərində "Evin” həbsxanasında baş verən yanğın nəticəsində 4 məhbus ölüb.

Qaynarinfo xəbər verir ki, bu barədə İranın Məhkəmə Sisteminin informasiya xidməti məlumat yayıb.

Həbsxanada yanğın nəticəsində 61 nəfər yaralanıb. Hazırda onlardan 10-u xəstəxanada müalicə alır və 4 nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, İranın paytaxtı Tehranda siyasi məhbusların, jurnalistlərin və əcnəbi vətəndaşların saxlandığı məşhur Evin həbsxanasında oktybarın 15-də böyük yanğın baş verib. Rəsmilər yanğının həbsxana daxilində baş verən iğtişaşlar fonunda çıxdığın açıqlasalar da, sosial şəbəkə istifadəçiləri, bunun əvvəlcədən planlaşdırılmış təxribat xarakterli addım ola biləcəyini iddia edirlər.