Türkiyə F-35 qırıcılarının alınması üçün ABŞ-ın proqramına qayıtmağı gözləməyəcək, 1,4 milyard dollar geri qaytarmağa çalışacaq.
Qayanrinfo xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Türk"ə müsahibəsində deyib.
"İndi ödədiyimiz pulun geri qaytarılmasını istəyirik. Nazirlikdən dostlarımız bir araya gəlib, bundan sonra atacağımız addımları nəzərdən keçirdilər. İndi özümüzə baxırıq. Oturub Konqresin təsdiqini gözləmək, vəziyyətin "Patriot" hava hücumundan müdafiə sistemində olduğu kimi ilan hekayəsinə çevrilməsini istəmirik”, deyə Çavuşoğlu bildirib.
ABŞ daha əvvəl Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən Türkiyəyə ən son F-35 qırıcılarının tədarükü proqramından çıxarılması ilə bağlı rəsmi bildiriş göndərmişdi. Vaşinqton F-35 layihəsində qalan yeddi tərəfdaşla - Böyük Britaniya, İtaliya, Hollandiya, Avstraliya, Danimarka, Kanada və Norveçlə imzalayaraq, Türkiyə ilə F-35 ilə bağlı ortaq memorandumu ləğv edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha sonra ABŞ-ın beşinci yox, dördüncü nəsil F-16 qırıcılarının alınması təklifini açıqlayıb. Bu məsələ ABŞ Konqresində razılaşdırılmalıdır.
Aydın
Şərhlər