Dünya 19:54 06.08.2022

Filippinə hücum olsa, ABŞ müdaxilə edəcək - Blinken

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Filippinə Cənubi Çin dənizində hücum edilərsə, ABŞ bu ölkəni müdafiə edəcək.

Qaynarinfo bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

ABŞ dövlət katibi Filippin prezidenti ilə görüşdə 70 illik Vaşinqton-Manila müdafiə müqaviləsini "dəmir örtüklü” adlandırıb: "Filippin silahlı qüvvələrinə, ictimai gəmilərinə və təyyarələrinə silahlı hücum ABŞ-ın cavabı bu ikitərəfli müdafiə müqaviləsi çərçivəsində təqib ediləcək. Filippin ABŞ-ın əvəzolunmaz dostu, tərəfdaşı və müttəfiqidir”.

Görüşdə iki ölkə arasında müttəfiqliyin gücləndirilməsi və Hind-Sakit okean bölgəsində azadlıq, firavanlıq və təhlükəsizliyin inkişafı üçün əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə edilib.

Filippinin xarici işlər naziri isə həmçinin bildirib ki, Vaşinqton ölkəsi üçün mühüm müttəfiqdir. Nazir ABŞ prezidenti Co Baydenin filippinli həmkarını Vaşinqtona dəvət etdiyini və tərəflərin bu səfər üçün uyğun vaxt müəyyənləşdirməyə çalışdığını qeyd edib.

M.Arif