Dünya 22:18 31.10.2023

Finlandiya ABŞ əsgərlərinin ölkəyə sənədsiz daxil olmasına icazə verəcək

Finlandiya hökuməti amerikalı hərbçilərin sənədləri təqdim etmədən ölkəyə daxil olmasına icazə verəcək. 

Qaynarinfo verir ki, bu barədə yerli "Helsingin Sanomat" qəzeti məlumat yayıb.

Materialda göstərilir ki, yaxın gələcəkdə Vaşinqton və Helsinki müdafiə sazişinin - Müdafiə Əməkdaşlığı Sazişinin (DCA) imzalandığını elan etməlidir. Razılaşmaya əsasən, ABŞ əsgərləri Finlandiya ərazisinə heç bir məhdudiyyət olmadan gəlib qala biləcəklər.

"Məsələn, onların pasporta və ya vizaya ehtiyacı yoxdur. Amma onları müşayiət edən mülki işçilər üçün pasport və hərbi bilet tələb olunacaq", deyə nəşr aydınlaşdırır.

Nəşrin məlumatına görə, hazırda ABŞ və Finlandiya nümayəndələri müvafiq sazişin bağlanması üçün danışıqlar aparırlar. Müqavilənin oktyabrın 31-də imzalanması gözlənilir.

Eyni zamanda məqalə müəllifləri vurğulayıblar ki, Finlandiya hakimiyyəti sərhəddə Amerika qoşunlarını yerləşdirmək niyyətində deyil.

Aydın