Dünya 22:00 17.05.2022

Finlandiya prezidenti: Türkiyənin NATO etirazı həll edilə biləndir

Finlandiya və İsveç Türkiyənin bu ölkələrin NATO-ya üzv olmasına etirazı ilə bağlı razılığa gəlməlidirlər.

Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Finlandiya prezidenti Sauli Ninisto deyib.

Bu günlərdə Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasına etirazı ilə bir çox alyans müttəfiqlərini təəccübləndirib.

 "Türkiyənin açıqlamaları sürətlə dəyişdi və son günlərdə daha kəskin xarakter aldı. Ancaq mən əminəm ki, konstruktiv müzakirələr nəticəsində biz vəziyyəti düzəldəcəyik”,- Ninisto İsveç parlamentinə müraciətində deyib.

O bir ay qabaq Türkiyə prezidenti ilə məsələni müzakirə etdiyini və o zaman Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə münasibətinin positiv olduğunu bildirib.

"Ancaq o son həftədə o, bunun qəbuledilməz olduğunu dedi. Bu o deməkdir ki, biz müzakirələri davam etdirməliyik. Mən optimistəm”,- Finlandiya prezidenti deyib. 
Türkiyə bildirir ki, İsveç və Finlandiyada Türkiyənin terrorist təşkilatı hesab etdiyi Kürdüstan İşçilər Partiyası ilə əlaqəli şəxslər, həmçinin Türkiyənin 2016-ci ildə dövlət çevirilişində günahlandırdığı Fətullah Gülənin davamçıları yaşayır.

Dünən məsələ ilə bağlı danışan Ərdoğan həm də Finlandiya və İsveçi Türkiyəyə sanksiya tətbiq etməkdə günahlandırıb. Hər iki ölkə Türkiyənin Suriya əməliyyatından sonra ona silah satışı embarqosu qoyub.

Nurlan Hüseynov