Dünya 23:47 05.01.2024

Finlandiya Rusiya nüvə yanacağı üçün tranzit ölkə olaraq qalır

Finlandiya Rusiya nüvə yanacağı üçün tranzit ölkə olaraq qalır. 

Qaynarinfo xəbər verir ki, TASS bu barədə Finlandiyanın nüvə tənzimləyicisinə istinadən məlumat yayıb.

Finlandiyanın Radiasiya və Nüvə Təhlükəsizliyi Təşkilatının mətbuat xidmətinin nümayəndəsi Risto İsakssonun agentliyə verdiyi məlumata görə, Rusiya Federasiyasında nüvə yanacağının tranzit daşınmasına 2022-ci ilin payızından başlanılıb. O qeyd edib ki, 2023-cü ildə bir neçə çatdırılma olub, sonuncusu dekabrda baş tutub.

İsaksson nüvə yanacağının Avropa İttifaqı sanksiyalarına məruz qalmadığını vurğulayıb. Onun fikrincə, tranzit Rusiya nüvə yanacağına qarşı sanksiyalar tətbiq olunana qədər davam edəcək.

Dekabrda Finlandiyanın "Fortum" enerji konserni sovet tipli "Loviisa" reaktorları ilə atom elektrik stansiyalarına nüvə yanacağının tədarükü üçün tender elan edib. Məlumatda bildirilir ki, Rusiya 2027-ci ildən 2030-cu ilə qədər obyekti yanacaqla təmin edəcək.

Aydın