Dünya 13:50 18.05.2022

Finlandiya və İsveç NATO-ya qoşulmaq üçün rəsmi müraciət etdi

Finlandiya və İsveç nəhayət NATO-ya üzvlük üçün rəsmi müraciət edib.

Qaynarinfo bu haqda "Reuters” xəbər agentliyinə istinadla xəbər verir.

Rusiyanın Ukraynaya hücumuna qədər Finlandiya və İsveç hər ikisi neytral ölkələr idilər. İndi isə onlar hərbi alyansa üzv olmaqla NATO-nun Rusiya sərhədinə qədər daha da genişlənməsinə şərait yaratdılar.

NATO-nun baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın alyansdakı səfirlərinin ərizə məktublarını verdikləri mərasimdə deyib: 

"Bu, tarixi bir məqamdır və biz bundan istifadə etməliyik".

Diplomatlar bildirir ki, yeni ölkələrin təşkilata üzvlüyünün digər 30 üzv ölkə parlamentləri tərəfindən təsdiqlənməsi bir ilə qədər vaxt alar. 

Cümə axşamı Amerika prezidenti Co Bayden Finlandiya və İsveç liderlərini Ağ Evdə müzakirələr üçün qəbul edəcək. 

Nurlan Hüseynov