Xəbər lenti

Gələn ilin büdcəsinə düzəlişlər edildi: Müdafiə xərcləri artırıldı
Ölkə 11:18 09.12.2025

Gələn ilin büdcəsinə düzəlişlər edildi: Müdafiə xərcləri artırıldı

"2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə bir sıra düzəlişlər edilib.

Qaynarinfo  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.

Deputat bildirib k, müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərclərinin 47,8 milyon manat artırılması təklif olunur:

"Bundan başqa, ərzaq və qida təhlükəsizliyi çərçivəsində heyvanlar arasında yoluxucu xəstəliklərə və epizootiya əleyhinə peyvəndləmə işləri üçün əlavə 3 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Bəzi dövlət orqanlarının fəaliyyətinin təşkili və onların maddi-texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı 1,2 milyon manat vəsaitə ehtiyac yaranıb. Sadaladığımız və cəmi 52 milyon manat təşkil edən bu xərclər büdcənin müvafiq ehtiyatları hesabına təmin olunacaq"

Qafqaz Rafiqoğlu

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->