Ölkə 08:48 06.08.2022

Gəncədə təhlükəli vəziyyət: Sürücülər yolu qısaltmaq üçün görün nə edirlər (VİDEO)

Qəsəbənin yolayrıcından magistral yola çıxan maşınlar məsafəni qısaltmaq üçün geriyə hərəkət edərək qovşağa çıxır, daha sonra isə dönərək geri  hərəkət edirlər. Bu isə hərəkət iştirkaçıları üçün təhlükəli vəziyyət yaradır. Sürücülər deyir ki, növbəti yolayrıcına qədər məsafə uzaq olduğundan qənəat məqsədilə bu cür hərəkət edirlər. Söhbət Gəncənin Məhsəti qəsəbəsindən magistral yola çıxan yolayrıcından gedir. 

Yolayrıcından şosseyə çıxan maşınlar sağa dönüb növbəti qovşağa getməkdənsə geri hərəkət edərək arxadakı qovşağa gedirlər.

Təhülkəli vəziyyət yaratsa da sürücülərin əksəriyyətinin bu cür davranmasının səbəbi isə olduqca sadədir.

Qəsəbədə yaşayanlar etiraf edir ki, bu cür təhlükəli davranış tez-tez qəzalara da səbəb olur. Ancaq məsafəyə və yanacağa qənaət etmək istəyi hər dəfə onları bu cür davranmağa vadar edir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan isə bildirlib ki,yolayrıcı və qovşaqların yeri müəyyən edilərkən bir sıra amillər nəzərə alınır.Sözügedən ərazidə də məhz buna uyğun addım atılıb.Vətəndaşların iddia etdikləri yerdə yolayrıcının qurulması tıxaclara səbəb olacaq, həm də təhlükəli vəziyyətlərin yaranmasına səbəb ola bilər.