Foto 17:15 04.03.2022

Güclü külək Oğuzda 2 000-dən artıq sakini olan kəndi işıqsız və qazsız qoydu (FOTO)

Oğuz rayonunda güclü küləyin aşırdığı iri gövdəli ağaclar elektrik və təbii qaz təsərrüfatına ziyan vurub.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Bayan kəndində baş verib.

Belə ki, güclü külək nəticəsində iri gövdəli ağaclar kökündən çıxararaq elektrik və rabitə xəttlərini qırıb, qaz xəttini zədələyib.

Nəticədə 2 100 nəfər sakini olan kəndin elektrik enerjisi və təbii qazı kəsilib. Hazırda aidiyyatı qurumlar tərəfindən fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.