Gürcüstan- Azərbaycan sərhədində böyük tıxac yarandı (VİDEO)
Gürcüstan- Azərbaycan sərhədində minlərlə yük maşını növbə gözləyir.
Qaynarinfo "Xəzər.xəbər”ə istinadən xəbər verir ki, artıq günlərdir Azərbaycanla Gürcüstan arasındakı Qırımızı Körpü sərhəd - keçid məntəqəsinin Gürcüstan hissəsində yük maşınları 30-km-dən uzun məsafədə növbə gözləyirlər.
Məsələ ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo-Kartli bölgəsi üzrə polis departamenti Qırmızı Körpü sərhəd- keçid məntəqəsinin fəaliyyəti ilə bağlı heç bir problemin olmadığını bildirib.
Məlumat üçün onu da bildirək ki, bu hal son aylarda Qırmızı körpü sərhəd-keçid məntəqəsində yaranmış ikinci böyük sıxlıqdır. Tıxacın yaranmasına səbəbin Rusiya-Gürcüstan arasındakı Yuxarı Lars sərhəd- keçid məntəqəsi ərazisində əlverişsiz hava şəraiti ilə əlaqədar çox sayda sürücünün Qırmızı Körpü sərhəd- keçid məntəqəsinə üz tutmasının olduğu güman edilir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər