Xəbər lenti

Gürcüstan DTX əməliyyat keçirdi, Azərbaycan vətəndaşı olan İŞİD-çi saxlanıldı (VİDEO)
Video 15:41 12.11.2023

Gürcüstan DTX əməliyyat keçirdi, Azərbaycan vətəndaşı olan İŞİD-çi saxlanıldı (VİDEO)

Azərbaycan vətəndaşı Gürcüstanda İŞİD terror qruplaşmasının üzvü olmaqda ittiham edilərək saxlanılıb.

APA xəbər verir ki, bu barədə "Mtavari Arxi" telekanalı məlumat yayıb. 

Bildirilib ki, ötən gün Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) anti-terror mərkəzi tərəfindən İŞİD terror qruplaşması ilə əlaqəli olmaqda şübhəli bilinərək saxlanılmış iki əcnəbidən biri Azərbaycan, digəri isə Rusiya vətəndaşıdır.

DTX-nın məlumatında bildirilib ki, onlar Gürcüstan ərazisi ilə qanunsuz olaraq miqrantın başqa ölkəyə köçürülməsi və onun Gürcüstanda qalması üçün müvafiq şəraitin hazırlanması faktı əsasında saxlanılıblar.

Tiflis Şəhər Məhkəməsi İŞİD terror qruplaşmasının üzvü olmaqda şübhəli bilinən və bir sıra qanunsuz fəaliyyətlərdə ittiham olunaraq saxlanılan Azərbaycan vətəndaşı barəsində həbs qətimkan tədbiri seçib. Bildirilib ki, məhkəmə saxlanılan hər iki əcnəbinin digər cinayət əməlləri törətməsi, istintaqın gedişinə mane olması təhlükəsini nəzərə alaraq onların barəsində həbs qətimkan tədbiri seçib.

Saxlanılanların vəkili Ani Şişniaşvili bildirib ki, DTX sübut əldə edə bilmədiyi üçün istintaq Gürcüstan Cinayət Məcəlləsinin odlu silahların və partlayıcı vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və gəzdirilməsini nəzərdə tutan 236-cı maddəsi əsasında aparılır.

Qeyd edək ki, Gürcüstan DTX-nın anti-terror mərkəzi ötən gün Tiflisdə eyni vaxtda iki nöqtəyə basqın edib. Qurumun məlumatına görə, basqın zamanı elektrik şoku cihazları, hərbi vasitələr, saxta sənədlər, əldəqayırma partlayıcı vasitələr və İŞİD simvolları olduğu aşkarlanaraq müsadirə edilib.

Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 236 və 344-cü maddələri ilə istintaqa başladılıb. Anti-terror mərkəzinin saxlanılanlarla əlaqəsi olan digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində fəaliyyətləri davam etdirdiyi qeyd olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->