Dünya 12:40 20.05.2023

Gürcüstan hökuməti nəhayət prezidentin Brüsselə getməsinə icazə verdi

Gürcüstan prezidenti Salome Zurabişvili mayın 31-də Brüsselə səfər etmək və Avropa Parlamentində çıxış etmək üçün icazə alıb.

Qaynarinfo bildirir ki, bu barədə TASS dövlət başçısının administrasiyasına istinadən xəbər verib.

"İcazə verildi. Bu yaxınlarda hökumət administrasiyasından müsbət cavab aldıq”, - administrasiyadan bildiriblər.

Bundan əvvəl hakim "Gürcü Arzusu” partiyasının rəhbəri İrakli Kobaxidze bildirmişdi ki, Zurabişvilini ölkədən buraxmaqdan qorxurlar, çünki onun Avropa Parlamenti qarşısında çıxışının respublikaya və onun Avropa Birliyinə üzv olmaq üçün namizəd statusu almaq istəyinə zərər verə biləcəyini düşünürlər. Hakim partiyanın yaratdığı hökumətin icazəsi olmadan dövlət başçısı xaricə gedə bilməzdi. Bundan sonra ölkənin baş naziri İrakli Qaribaşvili bildirib ki, prezidentin getməsinə icazənin verilməsi məsələsini müzakirə etmək "uyğun deyil”, çünki "bunlar administrasiyaların öz aralarında həll etdiyi texniki məsələlərdir”.

Alpər