Ölkə 11:58 01.03.2022

Göyçay ona tapşırıldı - Mehdi Səlimzadə işdən niyə çıxarıldı?

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev Mehdi İldırım oğlu Səlimzadənin Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo-ya açıqlama verən icra başçısının birinci müavini İkram Vəliyev bildirib ki, hazırda rayona rəhbərlik ona tapşırılıb: "Hələlik icra başçısının səlahiyyətlərinin icrası bir neçə günlük mənə tapşırılıb”.

İkram Vəliyev deyib ki, Mehdi Səlimzadə vəzifəsindən azad olunacağını heç özü də bilmirmiş: "Bir yerdə işimizin başında idik. Vəzifədən azad olunması ilə bağlı sərəncam imzalandı. Yəqin ki, özü bunun səbəbini yaxşı bilər. Mənim isə ətraflı heç bir məlumatım yoxdur”.

Qeyd edək ki, Mehdi Səlimzadə bu vəzifəyə 2016-cı il iyunun 10-da təyin olunmuşdu.

Əhməd